Saç mezoterapiyasında son yenilik: Biopeptid texnologiyası!

Yeni nəsil mezoterapiya kokteyllərində artıq təkcə vitamin və minerallar deyil, bioaktiv peptidlər, hüceyrə siqnal molekulları və stemcell ekstraktları da istifadə olunur. Bu maddələr saç follikullarına hədəfli təsir göstərərək:
• Anagen (uzanma) fazasını uzadır,
• DHT təsirini azaldır (androgen alopesiyada),
• Yeni tük çıxışını stimullaşdırır,
• Saçın strukturunu möhkəmləndirir.
Bəzi protokollarda artıq nanotexnologiyalı mezoterapiya tətbiq olunur – bu, dərialtı yayılmanı artıraraq effekti daha da gücləndirir.
Bu yeni metodlar daha az seansla daha tez görünən nəticə və daha dayanıqlı effekt vəd edir.
