Faydalı məlumatlar

Piedra Göbələyi - Saç Tellərinin Səssiz Düşməni

Piedra Göbələyi - Saç Tellərinin Səssiz Düşməni

Saçda sərt, düyünlü bir hiss var, kənardan sanki sirkədir və bunun nə olduğunu bilmirsiniz? Bu “Piedra” adlı göbələk infeksiyasıdır. Saç və tüklü nahiyələrdə qeyri-adi düyünlərə səbəb olan bu xəstəlik haqqında bilməli olduqlarınızı sizin üçün bir araya topladıq.

Piedra nədir?
Piedra – ispanca “daş” mənasını verir. Bu göbələk saç tellərində sərt düyünlər yaradır və iki forması var:

1.Qara Piedra (Piedraia hortae)
2.Ağ Piedra (Trichosporon növləri)

Qara piedra daha çox başda olur və sərt, qara düyünlər yaradır. Ağ piedra isə yumşaq, açıq rəngli düyünlərlə qoltuqaltı, saqqal və digər bölgələrdə müşahidə edilə bilər.

Əlamətləri nələrdir?
1. Saçda barmaqla hiss olunan topa və ya düyün
2. Saç tellərinin qırılması
3. Bəzən qoxu və kosmetik narahatlıq
4. Qaşınma və ağrı adətən olmur

Necə yoluxur?
- Ortak daraq və dəsmal istifadəsi
- Nəm saçla yatmaq
- Saçları tez-tez yuyub qurutmamaq
- İctimai yerlərdə gigiyena qaydalarına əməl etməmək
✔ Lazım olduqda həkim təyinatı ilə sistemik göbələkəleyhinə dərmanlar
✔ Bəzi hallarda saçların tam qırxılması

Profilaktika nədir?
- Şəxsi gigiyenaya riayət edin
- Saç fırçalarınızı paylaşmayın
- Saçları yuduqdan sonra tam qurudun
- Saç aksesuarlarını tez-tez dezinfeksiya edin
- Saçlara sıx dartılmış formada düzümlər etməyin.


Unutmayın!
Əgər saçınızda qəribə düyünlər hiss edirsinizsə və bu sizi narahat edirsə, trixoloqa müraciət etməkdə gecikməyin. Piedra infeksiyası sadə müalicə ilə keçsə də, vaxtında müdaxilə olunmasa daha geniş problemlərə yol aça bilər.