EKZASOM Saç Müalicəsi – Hüceyrə səviyyəsində saçların yenilənməsi.
Saç tökülməsi, incəlməsi və zəifləməsi artıq keçmişdə qaldı! EKZASOM saç müalicəsi – saç follikullarını hüceyrə səviyyəsində yeniləyən və saçların təbii şəkildə güclənməsini təmin edən inqilabi biotexnoloji üsuldur.
EKZASOM nədir?
EKZASOM – ekzosomal terapiya*ya əsaslanan, hüceyrələrarası siqnal ötürən nano ölçülü hissəciklər (ekzosomlar) vasitəsilə tətbiq olunan regenerativ müalicə metodudur. Bu ekzosomlar saç follikullarını aktivləşdirir, iltihabı azaldır, toxumaları bərpa edir və tökülmənin qarşısını alır.
Müalicənin üstünlükləri:
- Saçların təbii şəkildə gurlaşmasını stimullaşdırır
- Androgenetik alopesiya (irsiyyətə bağlı tökülmə) üçün effektivdir
- Qadın və kişilər üçün uyğundur
- Mezoterapiya və PRP-dən daha dərin və uzunmüddətli təsir göstərir
- İynə vasitəsilə birbaşa saç dərisinə tətbiq olunur – ağrısız, sürətli və təhlükəsiz
- Sürətli saçları uzadır.
Kimlər üçün uyğundur?
- Saç tökülməsi yaşayanlar
- Saç transplantasiyasından sonra bərpa üçün
- Zəif, nazik və cansız saçlı şəxslər üçün
- Gec uzanan saçlar üçün