Faydalı məlumatlar

Baş dərisinin mezoterapiyası

Baş dərisinin mezoterapiyası
Saç mezoterapiyası bir çox insanlara kömək edib. Əsasən saç üçün mezoterapiya vasitəsindən kişilər istifadə edir. Bu zaman saç ətrafında olan dərinin qan dövranı yaxşılaşdırılır və saçların bitməsini stimullaşdırılır: “Mezoterapiya kokteylləri baş dərisini lazımi elementlərlə qidalandırır, saç follikullarını bərpa edir və yeni saçların çıxmasında kömək edir. Adətən tam saçsız - daz insanlar mezoterapiyanın 1-ci kursundan sonra saçların tez bir zamanda bitməsini vurğulayırlar. Vitaminli və bitkili ekstraktlarla bol olan kokteyllər saçları diffuziya nəticəsində tökülən, quru və saçqıranlarla bol saçları olan, başın dərisi seboreya xəstəliyinə tutulan pasientlərə müvəffəqiyyətli nəticələr verir. Bu kokteyllərin tərkibində olan kimyəvi elementlər, məsələn, sink və selenium dərinin bərpa prosesində mühüm rol oynayır. Kobalt və maqnezium saçların tez ağarmasının qarşısını alır. Mis antioksidant təsirinə malikdir, gümüş isə dərinin mübadilə fəaliyyətində iştirak edir”.

Mezoterapiyada yaş həddi yoxdur. Problemdən və xəstəlikdən asılı olaraq istənilən yaşda mezoterapiya üsulu tətbiq etmək olar. Burada fərq yalnız dərmanlardadır. Müsahibimiz xəstənin probleminə əsasən yaş həddinə uyğun dərman istifadə edildiyini vurğuladı: “Mezoterapiya etdirmək məsləhətdir. Lakin əvvəlcə kimin yanına getdiyinizi araşdırın. Hər kəsin ona vurulan dərman haqqında məlumat almaq haqqı var. Kosmetoloq sizə mezoterapiya lazım olduğunu deyəndə səbəbini soruşun. Həkim-kosmetoloq sizə nə üçün mezoterapiya lazım olduğunu əsaslandırmalı və hansı nəticənin əldə ediləcəyini bildirməlidir. Sizə hansı dərmanların tətbiq ediləcəyi ilə mütləq maraqlanın. Bəzi həkimlər “bu, mənim sirrimdir”, – deyib xəstəyə məlumat vermirlər. Bu zaman utanıb-çəkinmədən çantanızı da götürüb həmin məkanı tərk edin. Çünki müalicə zamanı müxtəlif fəsadlar ola bilər. Sizin informasiyalı olmanız həmin fəsadların yaranmasının qarşısını almaqla yanaşı həkim və pasient məsuliyyətini yarıya endirir. Tibbin əsas prinsipi odur ki, orqanizmə ziyan vurmaq olmaz”.